Logo

Beynəlxalq akkreditasiya qurumunun ekspertləri UNEC-də səfərdədir

31.05.2024 03:02 304 baxış
IMG

“UNEC – 100 İnkişaf Strategiyası”na əsasən, 2030-cu ilə qədər UNEC-in bütün təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi hədəflənib.

Tehsil.biz xəbər verir ki, bu məqsədlə FIBAA (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiya qurumunun 7 beynəlxalq eksperti UNEC-də sahə səfərindədir.

Səfərin ilk günündə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı UNEC barədə təqdimatla çıxış edərək, universitetin beynəlxalq əlaqələri, dünya reytinqlərdəki mövqeyi, əcnəbi tələbələrin qəbulu və s. barədə məlumat verib.

Elm üzrə prorektor dosent Gəray Musayev isə UNEC-in inkişaf strategiyası,  tədris və imtahan prosesi, təhsil proqramları, təcrübənin təşkili, məzunların məşğulluğu və s. barədə ekspertləri məlumatlandırıb.

Beynəlxalq ekspertlər BMDM-in nümayəndələri, eləcə də müvafiq struktur və ixtisas rəhbərləri ilə də görüşlər keçirərək, akkreditasiya ilə bağlı akademik heyət, tələbələr, məzunlar və sənaye təmsilçiləri də daxil olmaqla, ali təhsilin bütün aspektləri üzrə onları maraqlandıran mövzularda müzakirələr aparıblar.

Keyfiyyət Təminatı şöbəsinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ekspertlər UNEC-in infrastrukturu ilə də tanış olublar.

Xəbər lenti