"Mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait çox azdır. Bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır.
"Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır”, - komitə sədri bildirib.
Mərcanə Əsədova