Logo

FHN Akademiyasının yaradılmasının 16 illiyinə həsr olunmuş tədbir keçirilib

31.05.2024 18:37 407 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi Akademiyasının yaradılmasının 16 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tehdil.biz FHN-nə istinadən xəbər verir ki, tədbirdə Akademiyanın rəhbər heyəti, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev Akademiyanın əməkdaşları və kursantlarını təbrik edib.

B.Salayev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad olunduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə xatırladıb.

Akademiya rəisi bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin, təhsilinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb, Ulu Öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib.

Ümummilli Liderin müdrikliklə müəyyənləşdirdiyi və həyata keçirdiyi təhsil siyasəti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısı ölkəmizin gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi qayğı göstərir, respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə mühüm qərarlar qəbul edir.

Ali təhsil müəssisəsinin tarixindən və fəaliyyətindən söhbət açan, əldə edilən nailiyyətlərdən danışan B.Salayev qeyd edib ki, 2013-cü il dekabrın 27-də Prezident İlham Əliyev Akademiyanın binasının açılışında iştirak edərkən görülmüş işlərə qiymət verib, Akademiya qarşısında duran mühüm vəzifələri müəyyənləşdirib.

Sonra xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında imzalanmış əmr barədə məlumat verilib.

Xəbər lenti