2019-2023 Dövlət Proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul Universitetində təhsil alan, ADAU məzunu Bürhanə Mürşüdova Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün "Proqramlanmış hüceyrə ölümü" adlı vebinar keçib.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Botanika ixtisası üzrə doktorantura pilləsində təhsilini davam etdirən Bürhanə Mürşüdova onlayn formatda keçirilən görüşdə tələbələrə proqramlanmış hüceyrə ölümü haqqında məlumat verib, canlı orqanizmdə hüceyrə ölümünün növləri olan nekroz və apoptoz haqqında danışıb.
Vebinarda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılaraq, müzakirələr aparılıb.