Azərbaycanın radio məkanına hər birimizə yaxınlığı ilə seçiləcək yeni “Sağlam radio” gəlir. “Sağlam radio” 93.0 FM tezliyində iyunun 3-dən yayıma başlayır.
Bu barədə "Tehsil.biz"ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səhiyyə Nazirliyinin dəstəyi ilə yayımlanan radioda həftəiçi 5 gün saat 8.00-dan 10.00-dək “Sağlam səhər”, saat 18.00-dan 20.00-dək “Sağlam həyat” verilişləri efirdə olacaq. Bu verilişlərdə nazirliyin mütəxəssis-ekspertləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər.
Ölkə və dünyada səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan “Sağlam xəbərlər”dən eşidəcəksiniz.
“Sağlam radio”nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və fəal həyat tərzini təşviq etməkdir.