Logo

Bakıda şagird niyə intihar edib? - YENİLƏNİB

03.06.2024 00:29 488 baxış
IMG

Bakının Günəşli qəsəbəsində imtahandan kəsildiyi üçün intihar etdiyi iddia olunan şagirdlə bağlı bəzi detallar məlum olub.

"Tehsil.biz"in məlumatına görə, gəncin nənəsi Baku TV-yə nəvəsinin imtahandan kəsilmədiyini deyib:

"Çox ağıllı, tərbiyəli nəvə idi, 18 yaşına bir həftə olar keçmişdi. İmtahana gedəcəkmiş. Bir anlıq nə düşünübsə canına qəsd edib".

02.06.2024 (18:06)

02.06.2024-cü il tarixində saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Massiv V-dən bir nəfərin intihara cəhd etməsi səbəbilə çağırış daxil olub.

Tehsil.biz xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib:

"Təxminən, 18 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb".

Qeyd edək ki, sosial şəbəkələrdə Yeni Günəşli qəsəbə sakininin imtahandan az bal topladığı üçün intihar etdiyi haqda xəbərlər yayılıb.

Suraxanı Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

02.06.2024 (16:38)

Bakıda intihar hadisəsi baş verib.

Tehsil.biz Azxəbər.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Günəşli qəsəbəsində yaşanıb.

Məlumata görə, imtahandan kəsilən şagird özünü yaşadığı binadan atıb.

Xəbər lenti