Logo

"Texnoloji inkişaf yaxın 5 ildə ənənəvi müəllim fəaliyyətini azaldacaq"

30.05.2024 23:40 267 baxış
IMG

"Əgər əvvəllər müəllim əsas informasiya mənbəyi idisə, indi vəziyyət dəyişib. İndi müəllim informasiya mənbələri ilə təhsil alan şagird və ya tələbə arasında vasitəçi funksiyasını yerinə yetirir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, müəllim təhsilalana müxtəlif təyinatlı informasiya mənbələri ilə səmərəli iş metodlarını, informasiya proseslərini öyrətməlidir:

"Bu gün sürətlə dəyişən dünyada elm, texnika və texnologiyanın, xüsusilə də kompüter texnologiyasının yeni imkanları öyrənmə və öyrətmə prosesini tamamilə dəyişir. Tədqiqatlar göstərir ki, texnoloji inkişaf yaxın 5 ildə ənənəvi müəllim fəaliyyətini azaldacaq".

Mərcanə Əsədova

Xəbər lenti