Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 5-də Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət komitəsinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, qəbul saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (020) 274 19 53, (050) 899 88 54, [email protected], [email protected]) müraciət edə bilərlər.