Logo

Rus Dram Teatrının iyun repertuarı

31.05.2024 23:04 327 baxış
IMG

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının iyunun ilk yarısı üçün repertuarı açıqlanıb.

Tehsil.biz xəbər verir ki, iyunun 2-də “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası baş tutacaq.

Tamaşa Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin eyniadlı pyesi əsasında səhnələşdirilib və Azərbaycanın Xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Bundan başqa, teatrın iyunun birinci yarısı üçün repertuarında “Artistin taleyi” (iyunun 1-də), “Albalı bağı” (iyunun 7-də), “Kişi, qadın, pəncərə...sevgili” (iyunun 8-də), “Əli və Nino” (iyunun 9-da), mayın 20-də premyerası olmuş “Yekaterinanın yataq otağında” (iyunun 14-də), “Qürur və qərəz” (iyunun 16-də) tamaşaları yer alıb.

Xəbər lenti