Ağdaş rayonu Orta Ləki kənd M.Nəbiyev adına tam orta məktəbdə bir neçə istiqamət üzrə yoxlama aparılıb, direktor yol verilən nöqsanlara görə işdən çıxarılıb.
Bu barədə "Tehsil.biz"ə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti, dərslərin əvəzolunması, texniki heyət işçilərinin işə davamiyyəti, məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub. Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Ələm Abdulla oğlu Abdullayev mayın 31-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən vəzifəsindən azad edilib.