Ötən gün Tovuzda ildırım vurması nəticəsində həlak olan Səbuhi Abdullazadə səkkizinci sinif şagirdi olub.
Tehsil.biz xəbər verir ki, bu barədə APA TV-yə onun babası məlumat verib.
Bildirib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Belə ki, axşam saatlarında heyvanları tövləyə salmaq istəyərkən onlardan biri qaçıb:
"Nəvəmə dedim ki, get onu da qov gətir. Sözü deyib qurtarmışdım ki, şimşək çaxdı. Çölə çıxdım, gördüm ildırım çaxır. Qaçdım nəvəm olan tərəfə. Gördüm uşaq yerdə uzanıb".