"ABŞ-dən beynəlxalq tədqiqatlar üçün ən yaxşı yer kimi istifadə etmək olar. Ötən tədris ili ABŞ-də 900-dən çox azərbaycanlı tələbə təhsil alıb. Ruhlandırıcı haldır ki, bu rəqəm əvvəlki illə müqayisədə 25 faizdən çoxdur".
Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara deyib.
O qeyd edib ki, sözügedən statistik göstərici son on ildə ən yüksək rəqəmdir:
“Düşünürəm ki, bu, azərbaycanlıların ABŞ-də təhsil almağa olan marağından, həmçinin onların ABŞ-də ala biləcəkləri təhsilin keyfiyyətindən xəbər verir. Azərbaycanla bizim bir çox layihələrimiz var. Bizə müraciət edən azərbaycanlı tələbələr aldıqları təhsili necə maliyyələşdirə biləcəkləri və ABŞ-də təhsillərini daha yüksək səviyyədə davam etdirmək üçün mövcud imkanlar haqqında daha çox məlumat əldə edirlər”.