Logo

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

01.06.2024 12:12 321 baxış
IMG

Milli Kitabxanada “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti