Logo

Neft və Qaz İnstitutu ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında memorandum imzalanıb - FOTO

31.05.2024 10:39 231 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Görüşdə Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, icraçı direktoru g-m.e.d, prof. Vaqif Qurbanov, elmi katibi y.e.ü.f.d. Şəlalə Hüseynova, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin müdiri t.e.d. Mahir Rəsulov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nəzrin Erdoğan və İstanbul Gedik Universitetinin prorektoru və mühəndislik fakültəsinin dekanı prof. Dr. Halil Uğraş, Texnologiya və Transfer Ofisinin direktoru Dr. Feridun Özçakır və Magistratura İnstitutunun direktoru prof. Dr. Bahaddin Sinsoysal iştirak edib.

Sözügedən qurumlar arasında nəzəri, laboratoriya tədqiqatları, habelə ekspedisiya işləri prioritet istiqamətlər üzrə elmi-tədqiqat əməkdaşlığının həyata keçirilməsi, birgə qrant layihələrin hazırlanması və beynəlxalq təşkilatlara və fondlara təqdim edilməsi, müştərək elmi konfransların, simpoziumların, seminarların, müşavirələrin və işçi görüşlərinin təşkili nəzərdə tutulub.

Görüşdə, həmçinin tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Xəbər lenti