Logo

Jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edilib - FOTO

01.06.2024 17:20 274 baxış
IMG

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin aparıcı banklarından biri olan AccessBank media tərəfdaşlarının övladları üçün unikal tədbir təşkil edib.

Tədbirdə bankın müxtəlif departamentlərinə ekskursiya keçirilib, gənc iştirakçılar maliyyə institutunun işi ilə daxildən tanış ola biliblər. Onlar həmçinin maliyyə savadlılığının artırılması üzrə təlimdə iştirak ediblər.

Ekskursiya zamanı uşaqlar bankın əsas iş prinsipləri və müştəri xidmətləri ilə tanış olublar. Onlar üçün ən unikal hadisə bunkerə daxil olmaq, bankın binası və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi prosesləri ilə tanış olmaq, eləcə də plastik kartların istehsalı prosesini müşahidə etmək olub. Bundan əlavə, onlar müştəri məmnunluğunun təmin edilməsində mühüm element olan çağrı mərkəzinin işi ilə də tanış olublar. Onlar özlərini bank işçisi rolunda sınamaq imkanı əldə etdilər ki, bu da təkcə maraqlı deyil, həm də maarifləndirici hadisə idi.

AccessBank, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) dəstəyi ilə uşaqlar üçün maliyyə savadlılığının artırılması mövzusunda təlim təşkil edib. İştirakçılar maliyyə savadlılığının əsaslarını öyrənib, əskinaslar, xərclərin düzgün bölüşdürülməsi zərurəti, ailə büdcəsinin formalaşmasında uşaqların iştirakı haqqında məlumat əldə etdilər.

AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev uşaqları bayram münasibəti ilə təbrik edərək onlara sertifikatlar təqdim etdi və bu da hadisələrlə dolu maraqlı günün xoş yekunu oldu.

AccessBank uşaqların dünya görüşünün genişləndirilməsi və erkən yaşlarından maliyyə savadlılığının formalaşmasına töhvə vermək məqsədilə, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində analoji təşəbbüslərin həyata keçirilməsi və dəstəklənməsini davam etdirəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-i bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (FacebookInstagramLinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib

Xəbər lenti