Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi adına Türkmənistan Ədəbiyyatı Mərkəzinin açılışı çərçivəsində məşhur azərbaycanlı publisist, politoloq, CBC telekanalında “Xarici işlərin aspektləri" adlı müəllif proqramının aparıcısı Teymur Atayevin “Vaazi-Azat”: dünən, bu gün, sabah. Dovlətməhəmməd Azadi xəyali, yoxsa gerçək dünyadan söz açır?” (Azərbaycan və rus dillərində) kitabının təqdimatı keçirilib.
Tehsil.biz xəbər verir ki, kitab XVIII əsrin görkəmli türkmən mütəfəkkiri və şairi, təkcə öz xalqının deyil, bütün türk dünyasının intellektual sərvətinə çevrilmiş Dövlətməhəmməd Azadinin yaradıcılığına həsr olunub.
Kitabın elmi redaktoru türkmən filoloq-alimi Mergen Qurbanovdur.
Kitab Türkmənistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr olunub. Əsərin nəşr edilməsinə “At-abraý” Türkmən Cəmiyyəti sponsorluq edib. Əsərin rus dilindən Azərbaycan dilinə tərcüməsi İlqar Əlfiyə məxsusdur.