"Şuşa Real Məktəbi Şuşanın həcm etibarilə ən böyük tarixi abidəsidir. Burada bərpa işi aparılır. Təmir işini də proqnozlaşdırmaq çətindir. Bu məktəb ali təhsil və orta ixtisas səviyyəsində təhsil müəssisəsi olacaq. Bura orta məktəb olmayacaq".
Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib
Onun sözlərinə görə, təhsil müəssisəsində ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək:
"Şuşadakı bütün təhsil müəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra sizə daha çox şey deyə bilərik”.
Mərcanə Əsədova