Logo

Əlyazmalar İnstitutunun alimi Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə - FOTO

20.05.2024 10:18 209 baxış
IMG

Azərbaycan Dillər Universitetində “Məhəmməd Füzuli: şairin yaradıcılıq psixologiyası” adlı tədbir keçirilib.

Tehdil.biz xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.e.d., dosent Əzizağa Nəcəfov sözügedən tədbirdə iştirak edib.

Universitetin Filologiya, o cümlədən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültələrinin müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə Əzizağa Nəcəfov Məhəmməd Füzulinin yaradıcı irsinin əsas məqamları, dəyərli əsərləri haqqında məlumat verib, qəzəllərinin şərhləri vasitəsilə klassik şairimizin poetik xüsusiyyətlərini izah edib. O, təqdim etdiyi mühazirədə ilk növbədə Füzulinin yaradıcılıq psixologiyasını, onun dahi şair kimi ədəbiyyatımızdakı mövqeyini müəyyən edib, çıxışında sənətkarın ədəbi irsinin özündən sonrakı söz sənətimizə nüfuzedici təsirindən danışıb. Mövzunun aktuallığını və bu sahədə tələbələrin məlumatlandırılmasının vacibliyini vurğulayan alim bu cür maarifləndirici tədbirin keçirilməsini təqdirəlayiq hesab edib və dəvətə görə Universitetin rəhbər heyətinə və təşkilatçılara öz dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Xarici ölkələr ədəbiyyatı, Azərbaycan dilçiliyi, Xarici dillər və Xarici dillərin tədrisi metodikası kafedralarının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Xəbər lenti