Logo

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu AzMİU ilə memorandum imzalayıb

20.05.2024 13:34 230 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, memorandum kimya elminin qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətlərində tədqiqat aparılması, eləcə də kadr hazırlığında iki müəssisənin maddi-texniki bazasından birgə istifadə, elmi-periodik nəşrlərin mübadiləsi, professor-müəllim heyətinin, elmi işçilərin müvafiq şöbələrdə və laboratoriyalarda ixtisasartırma və elmi-tədqiqat təcrübələrinin keçirilməsinin təşkili kimi məsələləri əhatə edir. Bundan başqa, sənəddə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AzMİU-nun baza kafedralarının və ya mövcud kafedraların filiallarının yaradılması, birgə elmi simpozium, seminar və konfransların təşkili, elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərin yazılması nəzərdə tutulur.

Xəbər lenti