Logo

"TÜRKÜNİB-in maliyyə imkanlarının genişləndirilməsi qarşıda dayanan önəmli məsələlərdəndir"

20.05.2024 13:09 202 baxış
IMG

"Bu gün Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) qarşısında çox böyük vəzifələr dayanır. Türk dünyasının birliyinin, bütövlüyünün, Türk Dövlətləri Təşkilatının qəbul etdiyi “Türk Dünyası 2040 Vizyonu”nun uğurla reallaşdırılması gənclərimizin, alimlərimizin əməkdaşlığından, birgə fəaliyyətindən, qlobal arenada ortaq mövqe sərgiləmələrindən çox asılıdır".

Tehsil.biz xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov TÜRKÜNİB-in 7-ci Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.

Rektor bildirib ki, rəqabətdə bilik və texnologiyaların həlledici amil olduğu yaşadığımız dövrdə türk dövlətlərinin bu sahədəki potensiallarını birləşdirmələri və bir-birilərinin çatışmayan cəhətlərini tamamlamaları universitetlərimiz arasındakı əməkdaşlıqdan da xeyli dərəcədə asılıdır:

"Qeyd edilən hədəflərə çatmaq üçün TÜRKÜNİB-in daha da gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi və maliyyə imkanlarının genişləndirilməsi qarşıda dayanan önəmli məsələlərdəndir”.

Xəbər lenti