Logo

Şamaxıda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

20.05.2024 12:05 310 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüşəcək.

Komitədən "Tehsil.biz"ə bildirilib ki, görüş mayın 23-də saat 10:00-da Şamaxı şəhərindəki Yaradıcılıq Mərkəzində (Ünvan: Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi, 146) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq görüşə gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (020) 265 33 04(055) 655 57 65[email protected][email protected]) müraciət etmələri xahiş olunur.

Xəbər lenti