Logo

Distant, yoxsa ənənəvi təhsil?- Üstünlüklər və çatışmazlıqlar- EKSPERT ŞƏRHİ

05.04.2021 16:03 871 baxış
IMG

"Bilirsiniz ki, 2009–cu ildə qəbul olunan "Təhsil haqqında" qanunda təhsil formalarından biri kimi distant təhsil qeyd olunub. Distant təhsil təhsiliin əhatə dairəsinin genişlənməsinə şərit yaradacaq. Distant təhsilin bunun kimi faydalı tərəfləri kifayət qədər çoxdur. Amma təəssüf ki, distant təhsil üçün Azərbaycanda ali və orta təhsil müəssisələrinin hamısının infrastrukturu yoxdur. Ancaq bu texnoloji bir məsələdir, həll etmək olar."

 

Bu fikirləri Tehsil.buz-ə açıqlamasında tanınmış təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib.

 

"Birinci qeyd edim ki, dünya ölkələrində alternativ dərsliklər, resuslar var. Bizdə ona görə çətindir ki, bizim alternativ resusumuz yoxdur. Tədris hal-hazırdan "Microsoft" proqramı vasitəsi ilə aparılır. Həmin proqrqam isə bizim deyil. Teledərslər isə effektiv deyil. Amma bunların hər ikisini effektiv etmək olar.

 

Hazırda şagirdlər "Microsoft teams" proqramından ona görə istifadə edə bilmirlər ki, telefonları, planşetləri, kompyuterlərində internetləri yoxdur. Amma bunlar olmadığı halda biz müəyyən proqramlarla ən azından məktəblərdəki kompyuterləri, planşetləri şagirdlərə verməklə eyni zamanda məktəbin internet imkanını rayonlara verməklə uşaqları bu çıxışdan təmin edə bilərik. Digər tərəfdən bizdə distant təhsil ona görə keyfiyyətli alınmır kı, bizim dərsliklərimiz ənənəvi formada siniflərdə və auditoriyarlarda tədrisin aparılması üçün nəzərdə tutulub. Yəni bizim kitablarımız məsafədən təhsilə yararlı deyil. Ona görə biz bu tipli vəziyyətlərdə dərs keçmək üçün alternativ dərsliklər yaratmalıyıq.

 

Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda distant təhsilin mahiyyəti düzgün başa düşülmür:

 

"Təəssüf ki, distant təhsil deyəndə çoxları elə başa düşür ki, müəllim danışacaq, kamera çəkəcək, uşaqlar dinləyəcək. Bu, belə deyil. Bunun mexanizmi tamamilə fərqlidir.


Bundan başqa Azərbaycanda hələ də distant təhsil haqqında qanun layihəsi yoxdur. Bu bir ildən çoxdur ki, həll edilmədiyi üçün prosses çox zəif gedir. Yəni bu iş təkcə Mədəniyyət və ARB Günəş televiziyaları ilə bitmir. Daha geniş imkanlarla bunu etmək olar."

 

Qeyd edək ki, distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunma fоrmasıdır. Distant təhsil - müəllim və tələbələrin bir-biriləri ilə məsafədən qarşılıqlı əlaqəsidir ki, burada təhsil prosesinə xas olan bütün komponentləri (məqsədləri, məzmunu, metodları, təşkilati formaları, tədris vasitələri) əks etdirən və internet texnologiyalarının xüsusi vasitələri və ya interaktivliyini özündə cəmləşdirən digər vasitələrdən istifadə olunur.

Xəbər lenti