Logo

Valideynlər məktəblə onlayn formada birbaşa ünsiyyət qura biləcəklər

06.02.2025 15:25 89 baxış
IMG

Ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində “Rəqəmsal məktəb” platforması yaradılıb.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə məlumat verib.

O bildirib ki, platforma Bakı şəhərində 324 məktəbdə tətbiq olunur. 500 mindən çox şagirdi, 30 mindən çox işçi heyəti əhatə edir.

Yeni platforma sayəsində tədris prosesində və idarəetmədə kağız daşıyıcılardan istifadə minimuma endiriləcək.

“Rəqəmsal məktəb” platformasında şagird, valideyn, müəllim və direktor üçün bölmələr var.

Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola, valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər.

Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər.

Xəbər lenti