Logo

MATE-nin nümayəndə heyəti ADAU-da olub

18.05.2025 12:33 52 baxış
IMG

Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə uyğun olaraq, MATE-nin Beynəlxalq Əlaqələr və İnkişaf üzrə Direktoru David Bekesi və həmin şöbənin kordinatoru Vivien Filo ADAU-da olublar.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar ilk olaraq universitetin maddi-texniki bazası ilə tanış olub, ali təhsil müəssisəsinin laboratoriyaları, stasionar və innovasiya mərkəzlərinin iş prosesini izləyərək, əməkdaşlar və tələbələrlə fikir mübadiləsi aparıblar.

Professor-müəllim heyəti və tələbələr üçün təşkil olunan seminarlarda qonaqlar MATE-də təhsil şəraiti, “Stipendium Hungaricum” proqramının strukturu və şərtləri, fakültələrin beynəlxalq layihələrdə rolunun gücləndirilməsi istiqamətində öz tövsiyələrini bölüşüblər. “ADAU-da gördük ki, tələbələr və müəllim-tədqiqatçılar üçün yaradıcılıq və innovasiya mühiti yaradılıb. “Stipendium Hungaricum” proqramı Azərbaycandan gələn istedadlı gənclər üçün böyük imkanlar açır,” – deyə David Bekesi tələbələrlə görüşdə bildirib.

Həmçinin ADAU-nun beynəlmiləlləşmə siyasətinin əsas tərkib hissəsi kimi, xaricdən dəvət olunan tərəfdaş universitet əməkdaşlarının təqdim edəcəyi seminar və kursların müntəzəm olaraq davam etdiriləcəyi bildirilib.

Xəbər lenti