Logo

Ər-Riyadda “Global Research Council”in 13-cü İllik Görüşü başlayıb - Azərbaycan Elm Fondu tədbirdə təmsil olunub

19.05.2025 14:52 46 baxış
IMG

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində dünyanın aparıcı elmi fond və şuralarını bir araya gətirən “Global Research Council”in (GRC) 13-cü İllik Görüşü başlayıb. Tədbirdə Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova da iştirak edib. Görüş elmi tədqiqatların qlobal səviyyədə əlaqələndirilməsi, davamlı maliyyə mexanizmləri, və elmi idarəetmədə şəffaflığın artırılması kimi məsələlərin müzakirəsinə həsr olunub.

Bu barədə TƏHSİL.BİZ -ə Azərbaycan Elm Fondundan məlumat verilib.

Beş gün davam edəcək tədbirdə müxtəlif ölkələrdən gəlmiş nümayəndələr arasında fikir mübadiləsi, təcrübə paylaşımı və gələcək əməkdaşlıq imkanları üzrə dialoqların aparılması nəzərdə tutulur. Tədbir çərçivəsində Mehriban İmanova Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK) və Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Elm və Texnologiya Şəhərinin (KACST) prezidentləri ilə görüşlər keçirib.

Görüşlərdə elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat proqramlarının həyata keçirilməsi, innovasiya və texnologiya sahəsində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Tərəflər elmin qloballaşması və regional tərəfdaşlıqların gücləndirilməsi istiqamətində birgə fəaliyyət imkanlarını yüksək qiymətləndiriblər.

Xəbər lenti