Logo

“Autizm probleminin korreksiyası zamanı istifadə olunan inteqrativ model” - seminar

19.05.2025 17:18 88 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşəbbüsü ilə “Autizm probleminin korreksiyası zamanı istifadə olunan inteqrativ model” mövzusuna elmi-praktik seminar keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva autizmin üç yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafına maneə törədən bir xəstəlik olduğunu deyib. O bildirib ki, Autizm Spektr Pozuntusu fərdin sosial ünsiyyət bacarıqları, davranışları və maraqları üzərində təsir göstərən neyroinkişaf pozuntusudur. Autizmin əlamətlərini tanımaq və erkən diaqnoz qoymaq uşağın inkişafına müsbət təsir göstərir. Məhz erkən müdaxilə uşağın sosial və ünsiyyət bacarıqlarını inkişaf etdirərək cəmiyyətə uyğunlaşmasını asanlaşdırır.

Elmi seminarda klinik psixoloq Aida Nəbiyeva Autizm Spektr Pozuntusu olan uşaqlarla işləyərkən tətbiq olunan inteqrativ yanaşmalar, müşahidə meyarları və effektiv metodlar barədə ətraflı məlumat verib. Təlim zamanı təqdim olunan slaydlar və metodik materiallar vasitəsilə iştirakçılara autizmli uşaqlara daha empatik və elmi əsaslara söykənən yanaşma yolları izah edilib.

Seminarın praktiki hissəsində autizmli uşaqla real vaxtda psixoloji testlər və müşahidələr aparılıb. Bundan əlavə, “Psixologiya” ixtisasında təhsil alan tələbələrin iştirakı ilə təlim keçirilib.

Xəbər lenti