Bu ilin avqust ayının 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım–Jomart Tokayev Azərbaycana səfərə gəldi. Dünya güclərinin regionlara həristliklə baxdıqları və beynəlxalq nizamı alt–üst etmək şövqlərini bir ucu da Qazaxıstana gedib çıxır.
Qazaxıstan Mərkəzi Asiyanın qayəsidir və zəngin təbii sərvətləri baxımından fövqaladə əhəmiyyətə malikdir, buna görədə istər Qərb, istər Rusiya, istər Çin, istər Türkiyə Qazaxıstanı öz koordinatında saxlamaq niyyətindədilər.
Tokayevin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü həmin genişlənmiş qlobal çərçivənin qızışması fonunda nəzərləri cəlb edir.
Qazaxıstanda Nursultan Nazarbayevin epoxası bitsə də bu dövlətin xarici siyasətinin istiqamətləri Qərb–Rusiya–Çin arasındakı balansda strateji təlimatlardan kənara çıxmamağa sadiqdir.
Qazaxıstan uğrunda gedən çəkişmə Tokayevi Kremlin orbitindən çıxmağa hesablanıb və hər bir tərəf Tokayevi maksimum dərəcədə özünə cəzb etmək üçün yarışır.
Tokayev indi mühüm çağırışlar qarşısındadır: necə etməlidir ki həm öz ölkəsinin milli maraqları qorunsun, həm də böyük güclər arasında tarazlıq saxlanılsın? Bu suallar Tokayevin beynini məşğul edir. O, istədiyini təmin etmək yolunda çıxış yolunu ölkəsini strateji əhəmiyyətinə və təbii sərvətinə güvənir.
Qlobal təchizat zəncirlərində Rusiya həlqəsini qırmaq Qərbin prioritetləri siyahısındadır, bu məqamda Qazaxıstanın da enerjisinin ötürülməsi prosesində alternativlər axtarılır. Populiyarlaşan alternativ marşrutlardan biridə Trans – Xəzər Beynəlxalq Marşrutunda Orta dəhlizdir. Bu Orta dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyədən ibarət birgə platformadır və Bakı ilə Nur–Sultan arasında əlaqələrin növbəti mərhələsi Trans–Xəzər təşəbbüsünün mərkəzində dayanır.
Cənab İlham Əliyev də, Tokayev də Orta dəhlizin unikal mövqeyini ikitərəfli əlaqələrinin inkişafında aktual səbəb kimi saxlayırlar. Gələcəkdə Zəngəzur dəhlizi də həmin nəqliyyat marşrutunun tərkib hissəsinə çevrilərkən – bunun İlham Əliyev Qazaxıstanlı həmkarı ilə mətbuata birgə bəyanatında açıqlayıb.
Trans – Xəzər dəhlizi ən çox qərbin maraqlarına cavab verir, bu Rusiya ilə Belarusdan keçən standart marşrutun əvəzedicisinə çevrilir.
Qazaxıstan neftin ixracı üçün Azərbaycanın mərkəzində dayandığı enerji və nəqliyyat layihələrindən faydalanmağı hədəfləyir, Əliyevlə Tokayev görüşündə həmin məsələnin edildiyini söyləyə bilərik.
Azərbaycanla Qazaxıstan yüklərin daşınma həcmini artırmaq üçün nəqliyyat infrastrukturlarını təkmilləşdirir Bakı və Aktao limanları xeyli genişləndirilir. Qazaxıstan ixrac potensialını artırmaq üçün Xəzər dənizində yeni obyektlərin tikintisini planlaşdırır. Qazaxıstan resurslarının daşınmasında Rusiyanın ona yarada biləcəyi təzyiqlərdən sığortalanmaq üçün Azərbaycana üz tutur. Tokayevin belə ehtiyatlı davranışı üçün əsas var. 20 ildir ki, Qazaxıstan nefti CPC boru kəməri ilə Rusiyanın Novorossiyski limanına çatdırılır, onun dünya bazarına çıxışı təmin edilir.
Ancaq Ukraynada başlatdığı müharibəyə görə təcrid edilən və təklənən Rusiya bu ilin iyulunda Qazaxıstanı öz tərəfinə çəkmək üçün kəməri bağlamaqla hədə yağdırdı və bununlada Qazaxıstan üçün presedent yarandı. Problemli çağırışlar Qazaxıstan üçün Azərbaycanın əhəmiyyətini həlledici məzmunda artırır, çünki alternativ marşrutun ağrısız işlənməsi həm də rəsmi Bakının verə biləcəyi qərarlardan asılıdır. Azərbaycan isə Qazaxıstanın gələcəkdə hər hansı bir sapmaya getməsi üçün ondan zəmanətlər tələb edir. Əliyev Tokayev danışıqlarının mahiyyətinə nəzər salarkən bu amil mütləq diqqətdə saxlanılmalıdır. Ona görədə Ukraynadakı müharbənin Rusiyanın xeyrinə yekunlaşması ehtimalı gözlənilməz ssenari meydana gətirər. Belə ki, Nur – Sultan Moskva yeni sövdələşmə əldə etməklə Orta dəhlizin üzvlərindən yan keçən təchizat zəncirləri hazırlaya bilər.
Hesab etmək olar ki, Kasım Jomart Tokayev Azərbaycana səfərində imzalanan “Azərbaycan – Qazaxıstan strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşməsi haqqında” Bəyannamə interaktivlik qarantiyaları möhkəmləndirəcək. Qazaxıstan Türk Dövlətləri Təşkilatındakı iştirakının Azərbaycan – Türkiyə strateji müttəfiqliyi əsasında irəli gedən tələblər səviyyəsində gücləndirilməsi vacibdir, yəqinki yaxın zamanlarda bununla bağlı yeni təşəbbüslərə şahidlik edəcəyik.
Şəlalə - Ucar şəhər 6 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi