Logo

Qazaxıstan Azərbaycan ikitərəfli əməkdaşlığında yeni səhifə açılır

26.08.2022 20:51 518 baxış
IMG

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq etməklə inkişaf yoluna qədəm qoyub.

Ötən illər ərzində dünyada baş verən müxtəlif hadisələr zamanı mövqeyi nəzərə alınan dövlətimiz regionda liderdir. Eyni zamanda Asiya və Avropa dövlətləri ilə dostluq və əməkdaşlıq müqavilələrinin imzalanması Azərbaycanın nüfuzunu yüksəldib. Bildiyimiz kimi avqustun 24-də  Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Qeyd edək ki, ikitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. 

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın 30 ildən sonra işğal altında qalan torpaqlarımızı azad etməsi dövlətimizi dünyada qalib bir ölkə kimi tanıtmaqla yanaşı iqtisadi əməkdaşlıqlarını da artırıb.

Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi  xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. 

Görüş zamanı dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın inkişafından, tərəqqisindən, dünya dövlətləri ilə əlaqələrinin durmadan inkişaf etməsindən danışıb.

Qeyd olunub ki.  Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir. Bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu vardır.

Fərəhlə qeyd etmək lazımdır ki, Azərbaycan ilə dostluq və əməkdaşlıq edən bir çox dövlətlər kimi Qazaxıstan  dövlətinin rəhbərliyi də bu dostluq münasibətlərindən məmnundurlar. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Imzalanan sənədlərə əsasən iki ölkə arasında  2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram, strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram,  Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı bu sahələrin daha da inkişafına töhfə olacaq. 

Eyni xamanda Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş dövlətlərimizin xarici inkişafına yeniliklər gətirəcək.   Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu isə təbii ki, informasiya məkanında yeniliklərin tətbiqinə imkan yaradacaq.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında və  tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu həqiqətən də tarixi hadisələrdəndir. 

Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir. 

Prezidentimiz cənab İlham Əliyev görüş zamanı  bildirib ki,  Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

Hər bir Azərbycan vətəndaşı dövlətimizin inkişafından, dünyanın lider dövlətləri ilə birgə həyata keçirilən layihələrin reallaşmasında xüsusi mövqe tutmasından fərəhlənir və bu yüksəlişin davamlı olacağına əmindir.   

Nizami Zeynalov - Mingəçevir Dövlət Üniversitetinin, tarix üzrə fəlsəfə doktoru

Xəbər lenti