Müstəqilliyimizin ilk illəri idi. Xalq yazıçısı rəhmətlik Sabir Əhmədli publisistikası, oğlu mərhum Məhəmməd də silahı ilə düşmənə qarşı vuruşurdu.
Ara-sıra yazıçının qardaşı nəvələrilə söhbətləşirəm. Yaxın keçmişi vərəqləyirik. Yazıçının şəhid oğlu Məhəmmədin Vətən sevgisi insan daxilində nə qədər qürur doğurursa, həyat yolu da bir o qədər adamı qəmə, qüssəyə qərq edir.
Şəhid Məhəmməd haqqında danışarkən yadıma 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda erməni təxribatının qarşısını alarkən əbədiyyətə ucalan Şəhriyar Əlibəyli düşür.
Beləki, o zaman Sabir Əhmədli oğlu Məhəmmədə doğum günü keçirmək istəyir. Bu məqsədlə hərbi hissəyə yollanır. Amma istəyinə nail olmur. Yazıçı geri qayıdanda "Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir" deyən oğlunun yas çadırının qurulduğunu görür.
Şəhriyar Əlibəylini də evləndirmək istəyirlər. Valideynləri ondan "Toyunu nə vaxt edək, bala?" – deyərək soruşanda çox qısa cavab verir: "Bu ayın (oxu: fevral) 31-i".
Azərbaycanın varlığı yolunda canını fəda edən bütün şəhidlərimizin həyat tarixçəsinə baxanda, keçdikləri yola nəzər salanda, fikirlərinə diqqət edəndə bir məqamın vəhdət halı görünür: intəhasız Vətən sevgisi və halalzadəlik...
Həqiqətən də fevral ayı sözün bütün mənalarında – Məhəmmədə doğum günü, Şəhriyara toy qismət etməyəcək qədər soyuq ay imiş.
Əsgər İsmayılov