Logo

"Naxçıvanski adına hərbi məktəbin yaradılmasının məqsədi Azərbaycanda peşəkar zabit təbəqəsinin yaranması idi"

26.06.2023 09:40 271 baxış
IMG

Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur.

Dünyada baş verən müharibələrdə tərəflərdən biri qalib ayrılır. Azərbaycan dövləti öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün qatıldığı müharibədən qalib ayrıldı.Düşmənin başını əzərək, dəmir yumruğun sədasını bir çox ölkələrə yayaraq bunu etdi.

Prezident İlham Əliyev “26 İyun- Silahlı Qüvvələr Günü” ərəfəsində ölkəmizdə növbəti komondo hərbi hissəsinin açılışını etdi. Açılış mərasimində ölkə başçısı çıxışında bir sıra mühüm mövzulara toxundu.

İkinci Qarabağ Müharibəsindən sonra ölkəmizdə hərb sahəsinə diqqət daha da artırılıb. Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılır, artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur.Qəhrəmanlıq salnaməsi yazan - Vətən müharibəsindən sonra azərbaycanlı gənclərin orduya, vətəni müdafiəyə xüsusi marağı artıb.

“İkinci Qarabağ Müharibəsi”- bəşər tarixinə adını qızıl hərflərlə yazdırdı. Bu tarix salnaməsində Xüsusi Təyinatlı Qüvvələrin gücü, peşəkarlığı əvəzsiz və müstəsna rol oynamışdır. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması cənab Prezident İlham Əliyev tərəfindən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir.Azərbaycan Ordusu düşmən üzərində qələbə qazandı. Öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Ordumuz müharibə dönəmində bütün qüvvələri ilə savaşmışdır. Bu baxımdan da müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.

Ermənistan tərəfi məğlubiyyəti ilə hələ də barışa bilmir. Ermənistan höküməti hər zaman olduğu kimi bu gün də revanşist mövqeyini göstərir.  Bu baxımdan da ordumuzun daha da gücləndirilməsi  bir nömrəli vəzifədir. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir, həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.

Cənab Prezidentin rəhbərliyi altında ölkəmizin iqtisadi siyasəti uğurlu mövqedədir. Bugünki gündə dövlət büdcəsində əlavə vəsaitin əldə olunması buna bariz nümunədir. Bu vəsait əsasən  iki istiqamətdə - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsinə yönləndirilib. Bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir.

Ölkə başçısı cənab İlham Əliyev çıxışlarından birində “Nəyi necə, nə vaxt etmək lazım olduğunu mən bilirəm” qeyd etmişdi. Doğurdan da hər şeyin zamanını, yerini bilən müdrik siyasətçi İlham Əliyev lazım olan vaxtda torpaqlarımızın ərazi bütövlüyünü bərpa etdi.Bu gün regionda proseslər yenə də ölkəmizin  təklifləri əsasında cərəyan edir. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Müharibə bitdikdən iki il yarım sonraya  nəzər salsaq görərik ki, hər bir addımımızın arxasında güclü siyasi iradə, güc, məntiq, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi.
Vətən müharibəsindən qələbədən sonra ölkəmizin nüfuzi beynəlxalq arenada daha da artdı. Artıq ölkəmizi tanıyan xalqlar bizi qalib ölkə kimi tanıyır.  Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. 

Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir.

Yeni müharibədən çıxmış ölkə olmağımıza baxmayaraq Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Ölkə başçısı cənab İlham Əliyev keçmiş məcburi köçkünlərə doğma torpaqlarına qaydacaqlarına dair verdiyi vədə əməl etdi. Bu şanlı tarix dünya durduqca var olacaqdır.

Sonra Ali Baş Komandan Azərbaycanda hərbi məktəbin yaranmasının vacibliyi sovet dövründə olmasına baxmayaraq fəaliyyətə başlayıb. Naxçıvanski adına hərbi məktəbin yaradılması bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın. Bunu da məhz xalqını sevən Ümummilli lider Heydər Əliyev etmişdir.

Cənab Prezident həmçinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin Şuşa şəhərində qeyd edilməsindən söz açdı.Bu addımın böyük mənası var idi. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür.

Yaşasın Azərbaycan Ordusu, Qarabağ  Azərbaycandır! 

Nərmin Fərəcli
Zəngilan rayon Tarix Diyarşünas

Xəbər lenti