Logo

Azərbaycanlı alim Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının üzvü seçilib

09.11.2024 11:44 128 baxış
IMG

Pekində Çin mütəfəkkiri Konfutsinin anadan olmasının 2575 illiyinə həsr olunmuş beynəlxalq konfrans və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının (BKA) 7-ci qurultayı keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, konfransda 110 ölkədən 800-ə yaxın sinoloq-alim iştirak edib. Konfransın açılış mərasimində çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasinin sədri Vanq Huninq Konfutsinin humanist ideologiyasının günümüzdə aktuallığını qeyd edib, hazırda mədəniyyətlərarası mübadilənin dünyada sülhün bərqərar olunmasındakı rolunu xüsusi olaraq vurğulayıb.

Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının ilk azərbaycanlı üzvü seçilib.

Qeyd edək ki, 1994-cü ildə yaradılan BKA özündə dünyanın 80 ölkəsindən filosofları, dilçiləri, tərcüməçiləri, ədəbiyyatşünasları birləşdirən nəhəng beynəlxalq elmi təşkilatdır.

Xəbər lenti