Çinin Hong Kong Universitetinin Çin Biznes İnstitutunun magistratura pilləsi üzrə təhsil alan tələbələri UNEC-də akademik səfərdə olub.
Tehsil.biz xəbər verir ki, Çinli tələbələr üçün UNEC-in 3 saylı tədris binasında “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdir müavini Aytən Niyazova və Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli tərəfindən infotur təşkil olunub. İnfotur zamanı tələbələr UNEC-in kitabxanası, laboratoriyaları, eləcə də mühazirə auditoriyaları ilə tanış olublar.
Sonra BƏD-in Xarici əlaqələr şöbəsinin mütəxəssisi Rəsul Yusibov çinli tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, memarlığı, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllimi Vüsal Əhmədov isə Azərbaycan iqtisaiyyatı mövzusunda təqdimatla çıxış edib.