Logo

Niyə xaricdə hüquqşünaslıq üzrə diplom alanlar DİM-in imtahanından keçə bilmir?

24.12.2024 11:24 111 baxış
IMG

“Hazırda səhiyyə, tibb, müəllimlik, mühəndislik və hüquqşünaslıq üzrə xaricdə alınan kvalifikasiyaların peşə tanınması müvafiq olaraq Səhiyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar əsasında həyata keçirilir”.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov TƏHSİL.BİZ -ə müsahibəsində deyib. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin peşə tanınması üzrə nəticələrə baxdıqda xaricdə hüquqşünaslıq üzrə kvalifikasiya alanların təqribən 65%-i DİM-in imtahanının 50% və daha yuxarı nəticəsini əldə edə bilmir:

“Bu, ciddi narahatlıq doğurur. Məsələn, “İbtidai sinif müəllimliyi” üzrə peşə tanınması üçün müraciət edən 11 nəfərdən yalnız biri 50% və ya daha yüksək nəticə göstərib. Bu nəticələr xaricdə nüfuzlu olmayan ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiyalarla bağlı həyəcan təbili çalır. Bu baxımdan, insanlarımız daha mötəbər ali təhsil müəssisələrinə qəbul olmaq üçün səy göstərməlidirlər. Əks təqdirdə, ali təhsili kənara qoyub hər hansı peşəyə sahib olmaq üçün çalışmalıdır”.

Xəbər lenti