Logo

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25.12.2024 13:35 70 baxış
IMG

Qarabağ Dirçəliş Fondu Qarabağ Universitetinin tələbələri üçün təqaüd təsis etməyi planlaşdırır.

TƏHSİL.BİZ -in "Report"a istinadən məlumatına görə, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qurumun 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə yerli tələbələr üçün nəzərdə tutulan təqaüd proqramı gələcəkdə Qarabağ Universitetində təhsil alan xarici tələbələrə də şamil oluna bilər:

"Fondun dəstəyi ilə yerli tələbələr üçün nəzərdə tutulan təqaüd proqramı ilə bağlı Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılıb. Fond 2025-ci il büdcəsinə bu məsələni əlavə edib və təsdiq gözləyirik".

Xəbər lenti