Logo

ADPU tələbəsi I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olub

25.12.2024 10:24 82 baxış
IMG

Dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan Klubunda “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyi (ETN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Gənclər və İdman Nazirliyi (GİN) və AYB-nin dəstəyi ilə keçirilən Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri giriş sözü ilə açan AYB-nin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayev görkəmli ədib, dövlət və ictimai xadim, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatının laureatı, akademik, Xalq yazıçısı Mirzə İbrahmovun yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi əvəzsiz töhfələrindən danışıb.

Müsabiqənin münsiflər heyətinin sədri, Xalq yazıçısı Elmira Axundova qeyd edib ki, müsabiqədə Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Özbəkistan, İran İslam Respublikasından olan müəlliflər iştirak ediblər və təqdim olunan işlər Mirzə İbrahimovun həyat və yaradıcılığında baş verən əlamətdar hadisənin araşdırılmasına həsr olunub, Xalq yazıçısının tanınmış “Gələcək gün” romanının adı ilə uzlaşan baxış bucağını əks etdirir. E.Axundova bildirib ki, görkəmli yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti işlərin dəyərləndirməsi və seçimi zamanı bədii dəyər, üslub vahidliyi, ideya kreativliyi, bilik səviyyəsi kimi meyarları əsas götürərək qaliblərlə bağlı yekdil qərar verib.

Daha sonra müsabiqənin müxtəlif nominasiyalar üzrə qaliblərinin adları açıqlanıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Əsmər Əhmədovanın  müəllifi olduğu “Ümid” hekayəsi “Ən yaxşı ədəbi-bədii əsər” nominasiyası üzrə müsabiqənin qalibi olub.

Qeyd edək ki, qaliblərin yazıları “Gələcək gün” adlı beynəlxalq elmi-nəzəri jurnalın xüsusi buraxılışında nəşr edilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/25%20December%202024/2547e49c-a6b9-4af6-8a4d-55e071f375fc_WhatsApp%20Image%202024-12-24%20at%2016.14.33%20(1).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/25%20December%202024/a89e2b81-4947-4e9d-8769-d48df6a51dab_WhatsApp%20Image%202024-12-24%20at%2016.14.33%20(4).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/25%20December%202024/9fe77f2d-7b40-4eb1-b2d7-c5b8eb5701ce_WhatsApp%20Image%202024-12-24%20at%2016.14.33%20(2).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/25%20December%202024/e8667dc6-1c77-4b50-b13d-1eacf9a68829_WhatsApp%20Image%202024-12-24%20at%2016.17.04%20(1).jpeg

 

 

 


 

Xəbər lenti