Xəbər verdiyimiz kimi, ötən gün Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfər batıb.
TƏHSİL.BİZ “Qafqazinfo”-ya istinadən xəbər verirki , çayda batan şəxsin kimliyi bəlli olub.
O, Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Kərimli Saray Sarvan qızıdır.
2011-ci il təvəllüdlü qız ötən gün saat 08 radələrində məktəb yoldaşına bildirib ki, Kür çayına gedir: “Bunu məktəbdə psixoloqa deyərsən”.
S. Kərimli lakin oraya hansı məqsədlə getdiyini bildirməyib. Onun məktəb yoldaşı N.A. bu barədə məktəbin direktoru və psixoloquna məlumat verib.
Daha sonra isə hadisə ilə bağlı sahə polis nəfərinə bildirilib.
Hazırda FHN-in aidiyyəti qurumları hadisə yerinə cəlb olunmaqla Saray Kərimlinin meyitinin Kür çayında batması ehtimalı əsasında axtarış-xilasetmə işləri aparılır.