25.12.2024-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Həmkarlar İttifaqı Komitəsi sədri, Humanitar fənlər kafedrasının müdiri Nailə Qəhrəmanova və Tələbə Elmi Cəmiyyətinin sədri Aygün Bağırzadənin təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdi.
Tədbiri açıq elan edən Akademiyanın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Nurəngiz Mikayılova “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün tarixi əhəmiyyətini vurğuladı. O, çıxışında milli birliyimizin və həmrəyliyimizin Azərbaycanın inkişafında və beynəlxalq arenada mövqeyinin gücləndirilməsindəki rolunu xüsusi qeyd etdi.
Tədbirdə THİK sədri Nailə Qəhrəmanova çıxış edərək Həmkarlar İttifaqının fəaliyyətini və əməkdaşlıq prinsiplərini-
Həmkarlar İttifaqının yalnız əmək hüquqlarını qorumaqla kifayətlənmədiyini, həm də kollektivi birləşdirən tədbirlər təşkil edərək milli birlik ideyasını gücləndirməyə çalışdığını, Həmrəylik gününün bu istiqamətdə bir simvol olduğunu qeyd etdi.
Tədbirdə Sosial iş ixtisasının II kurs tələbəsi Səid Məmmədov, Maliyyə-iqtisad fakültəsinin I kurs tələbəsi Zəhra Əliyeva təqdimatla çıxış etdilər.
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş tədbirdə müxtəlif videoçarxlar nümayiş etdirildi.