2024-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 156 min 270 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Bu barədə TƏHSİL.BİZ -ə BŞTİ-dən məlumat verilib. Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 86 min 913 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 3423 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 35 min 31 müraciət daxil olub.