Logo

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25.12.2024 17:35 50 baxış
IMG

“Təhsildə çağırışlardan biri ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlıdır. Bu sahədə görüləcək işlər çoxdur”. 
TƏHSİL.BİZ  xəbər verir ki, bunu Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov “Təhsildə yeni çağırışlar” adlı regional konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müəllimlər ömürboyu təhsil kontekstinə uyğun olaraq yeni bilik və bacarıqlara yiyələlənə bilərlər: “Ömürboyu təhsil müəllimlərin inkişafının bir hissəsinə çevrilməlidir. Burada dəyərlər, şəffaflıq və ədalətlilik prinsiplərinə riayət olunmalıdır".
Təhsil sahəsindəki digər çağırışlardan danışan rektor onların sayının çox olduğunu, lakin  birinci yerdə bütün sahələrdə olduğu kimi, təhsilin məzmununun rəqəmsallaşmasının dayandığını söyləyib:

"Artıq biz 4-cü sənaye inqilabı dövrünü yaşayırıq. Bu mənada təhsilin rəqəmsallaşması  davam edəcək. Bu baxımdan müəllimlərimizin rəqəmsal bacarıqlarının inkişafı çox önəmlidir. Digər böyük çağırış dayanıqlı inkişafla bağlıdır. Bildiyiniz kimi, COP29 tədbiri çərçivəsində gələcəkdə PISA qiymətləndirməsində şagirdlərin iqlim dəyişikliyi ilə bağlı bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bunu COP29-un təhsil sisteminə qlobal töhfəsi kimi görmək olar”.

Xəbər lenti