Logo

BANM tələbələri “CulTech2 Hakaton”un qalibi olublar

25.12.2024 15:00 109 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Hazırlıq kursunun (Foundation) tələbələri “CulTech2 Hakaton”un qalibi olublar. “Detrimental Team”də Məhəmməd Kərimov (kompüter elmləri), Emil Əkbərov (kompüter mühəndisliyi), Aytac Əliyeva (kimya mühəndisliyi), Röya Hüseynova (kompüter mühəndisliyi) yer alıb.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, 48 saat boyunca davam edən intensiv iş zamanı iştirakçılar mentor dəstəyi ilə öz məhsullarının prototiplərini hazırlayıblar.

Məqsəd mədəniyyət sahəsindəki problemlərə innovativ həll yolları tapmaqdır.

Hakaton Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti