Logo

2025-ci ildə 11 ali təhsil müəssisəsinin və 4 peşə təhsili müəssisəsinin institusional akkreditasiyası planlaşdırılır

25.12.2024 11:27 125 baxış
IMG

2025-ci ildə 11 ali təhsil müəssisəsinin və 4 peşə təhsili müəssisəsinin institusional akkreditasiyasının, eyni zamanda proqram akkreditasiyasının keçirilməsi, 2024-cü təqvim ili üzrə akkreditasiyadan keçməyən ATM-lərdə təkrar akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, 2025-ci ildə məktəbəqədər təhsil proqramı üzrə proqram akkreditasiya qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələri üçün pilot akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi, elektron akkreditasiya sistemi üzərindən akkreditasiya qiymətləndirilməsinin təşkil edilməsi, həmçinin 100 məktəbəqədər təhsil müəssisəsində monitorinqlərin keçirilməsi nəzərdə tutub.

Bundan başqa, Tural Əhmədov növbəti təqvim ilində qeyri-formal və informal təhsilin tanınması istiqamətində 4 yeni peşə ixtisasının əlavə olunacağını da vurğulayıb.

Xəbər lenti