Bakı Dövlət Universiteti (BDU), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “Erasmus+Jean Monnet Module” layihəsinin birgə təşkilatçılığı ilə BDU-nun 105 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin açılış mərasimi keçirilib.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi” Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yaşıl bacarıqların və innovativ texnologiyaların imkanlarını araşdırmağı nəzərdə tutur.
BDU və beynəlxalq təşkilatların aparıcı alim və təhsil mütəxəssisləri tərəfindən təşkil olunan “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi” bilik mübadiləsi və əməkdaşlıq üçün inklüziv platforma təmin edir. Tədbirin əsas mövzularına nanotexnologiya, davamlı kənd təsərrüfatı, dərman dizaynı və ekoloji təhlükəsizlik daxildir.