Logo

BSU-da elmi tədqiqatların inkişafı və rəqəmsal transformasiya mövzusunda görüş keçirilib

05.02.2025 08:41 85 baxış
IMG

Fevralın 4-də Bakı Slavyan Universitetinin (BSU) Yüksək Təhsil Mərkəzinin direktoru Ülviyyə Məmmədova və mərkəzin aparıcı mütəxəssisi Məhəmməd Hacı ilə Azərbaycanda “Clarivate” şirkətinin rəsmi nümayəndəsi İltifat İbrahimov arasında görüş baş tutub.

TƏHSİL.BİZ xəbər verir ki, görüş çərçivəsində elmi tədqiqatların inkişafı, rəqəmsal transformasiya və beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

İltifat İbrahimov elmi nəşrlərin keyfiyyətinin artırılması, “Web of Science Core Collection” və digər beynəlxalq elmi resursların imkanları barədə geniş təqdimatla çıxış edərək, Crossref (DOİ) xidmətlərinin tətbiqi və akademik məlumatların idarə olunması sahəsindəki müasir yanaşmalar haqqında məlumat verib.

Müzakirələr zamanı BSU-nun kitabxana texnologiyalarının yenilənməsi və idarə olunması, Kitabxana Resurs İnformasiya Kompleksinin (KRİK) funksionallığının artırılması, eləcə də tədqiqatçıların beynəlxalq elmi bazalardan səmərəli istifadəsinin təmin edilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti