27-30 yanvar tarixlərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə aşağı yaş qrupu üzrə riyaziyyat fənnindən intensiv dərslər təşkil edilib.
Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, dərslərin keçirilməsində məqsəd olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nəaliyyətlərinin daha da yüksəldilməsidir.
Beynəlxalq olimpiada hazırlıq komandasının müəllimləri 4 gün ərzində hazırlıq komandasına yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim edilən sualları izah ediblər.
Qeyd edək ki, düşərgə Təhsil Texnologiyalar Mərkəzində təşkil edilib.