Logo

Əlyazmalar İnstitutunda Gənclər Günü qeyd olunub

31.01.2025 15:28 74 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib. Tədbiri giriş nitqi ilə açan institutun direktoru akademik Teymur Kərimli bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini Prezident İlham Əliyev gənc yaşlarından başlayaraq indiyədək uğurla davam etdirir. Ölkə rəhbərinin gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını, onlara elmi və ictimai fəaliyyətlərində dəstək olduğunu vurğulayan alim çıxışında gənc nəslin təlim-tərbiyəsi, onlara düzgün yol göstərilməsi məsələlərinə xüsusi həssaslıq və ehtiyatla yanaşmanın tərəfdarı olduğunu söyləyib.

Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayeva çıxışında bu əlamətdar günün Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. İnstitut rəhbərliyinin gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edən sədr gənclərin də hər zaman bu etimadı doğrultduğunu, işlədiyi müəssisənin gənc kadrları ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu vurğulayıb.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının katibi, Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Nərgiz Mustafazadənin “Əlyazmalar İnstitutu və müasir gənclik”, Biblioqrafiya şöbəsinin baş mütəxəssisi Gülnarə Ağayevanın “Müasir gəncliyin məsuliyyəti: Keçmişin dəyərlərini qoruyaraq gələcəyi qurmaq”, Əlyazmaların elektron resurslar şöbəsinin mütəxəssisi Səbinə Paşayevanın “Azərbaycan gənclərinin təhsil və karyera problemi” və Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin baş mütəxəssisi Arzu Abdulzadənin “Gənclər günü – Gələcəyin işığı” adlı məruzələri dinlənilib.

Xəbər lenti