Logo

Agentliyin direktoru vətəndaşları qəbul edib

31.01.2025 12:01 47 baxış
IMG

Yanvarın 30-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların orta ixtisas və ali təhsil məsələləri ilə bağlı müraciət və şikayətləri dinlənilib və onların qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.

Qeyd edək ki, qəbul cədvəlinə uyğun olaraq Agentliyinin rəhbərliyi tərəfindən hər ay vətəndaşların qəbulu keçirilir. Vətəndaşlar 146-6 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.

 

 

 

 


 

Xəbər lenti