Logo

Laoslu nazir: Azərbaycanda təhsil almış laoslular ölkəmizin inkişafına böyük töhfələr veriblər

31.01.2025 11:41 26 baxış
IMG

Azərbaycanda təhsil almış çox sayda laoslu hazırda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərir. Onlar Laosun inkişafına böyük töhfələr verirlər.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Laosun xarici işlər naziri Thonqsavan Phomvihane Azərbaycanın bu ölkədəki səfiri Şövqi Mehdizadə ilə görüşdə deyib. Nazir T.Phomvihane ilk laoslu gənclərin Azərbaycanda təhsil almağa başladıqları 50 ildən artıq bir tarixə malik Azərbaycan-Laos arasında dostluq əlaqələrindən söz açıb. O, sovet dövründə, eləcə də bir neçə il əvvəl nümayəndə heyətinin tərkibində Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayıb.

T.Phomvihane 1986-cı ildə Ulu Öndər Heydər Əliyevin sovet nümayəndə heyətinin rəhbəri qismində Xalq İnqilabı Partiyasının 3-cü Milli Konqresində iştirak üçün Laosa səfərini xatırladaraq, bu hadisənin ölkələrimizin tarixində önəmli yer tutduğunu xüsusi vurğulayıb.

Mayda Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını bildirən nazir bu illər ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişafını və genişləndiyini bildirib.

Nazir deyib ki, Azərbaycanda təhsil almış laoslulardan ibarət Laos-Azərbaycan Dostluq Assosiasiyası iki ölkə arasında münasibətlərin inkişafına töhfə verir.

Xəbər lenti