Logo

Bakının daha 70 məktəbində antibullinq tədbirləri tətbiq ediləcək

30.01.2025 11:31 50 baxış
IMG

“2024-2025-ci tədris ilində Bakı şəhərinin daha 70 məktəbində antibullinq tədbirləri tətbiq ediləcək”. 

TƏHSİL.BİZ xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev “Dəyişiklik səndən başlayır!" ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, bullinqin müəyyən edilməsi, eyni zamanda, bununla bağlı qaydaların məktəbin görünən hissəsində yerləşdirilməsi və təhsil müəssisəsinin bütün heyətinin bu prosesdən məlumatlandırılması vacibdir. Çünki psixoloqun bu problemin qarşısını təkbaşına ala bilməsi çətindir:

“Ona görə məktəbin texniki işçilərinin də bu prosesə qatılması vacibdir. Hər kəs bu prosesdə iştirak etməli, ondan məlumatlı olmalı və hansı hallarda nə etməli olduğunu bilməlidir. Kimə nəyin danışılacağı və hansı məlumatın verilməsi məsələsi də önəmlidir. Bu baxımdan 18 nömrəli orta məktəbdə “Dəyişiklik səndən başlayır!" ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinin tətbiqi əhəmiyyətlidir. Bu layihə getdikcə daha çox məktəbi əhatə edəcək”.

Xəbər lenti