Logo

Bu il peşə təhsili verən 200 müəllim beynəlxalq mübadilə proqramlarına cəlb olunacaq

24.01.2025 10:59 31 baxış
IMG

Bu il təxminən 200 müəllimin beynəlxalq mübadilə proqramlarında iştirak etməsi planlaşdırılır.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu bu gün "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda 
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, son illərdə biz yüzlərlə müəllim üçün yerli və beynəlxalq təlimlərin təşkilinə dair bir çox təşəbbüslər həyata keçirilib.

"Müəllimlərin təlimlərə cəlb edilməsi bizim əsas prioritetlərimizdən biridir. Xüsusilə, bu il təxminən 200 müəllimimizin beynəlxalq mübadilə proqramlarında iştirak etməsi planlaşdırılır. Bu bizim üçün çox vacibdir, çünki təhsilin keyfiyyətindən danışırıqsa, burada əsas aparıcı qüvvə məhz təhsilverənlərimizdir”.

Xəbər lenti