SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin startapı “BullyGuard” “IE Business School”da təmsil olunacaq.
BANM-dən TƏHSİL.BİZ-ə bildirilib ki, "BullyGuard" SABAH.HUB tərəfindən təşkil edilən “IE Business School” inkubasiya proqramına qəbul edilən 21 startapdan biri olub. Üç ay davam edən proqram çərçivəsində “IE Business School”un təcrübəli heyəti tərəfindən keçirilən sessiyalar zamanı tələbələr startapın inkişaf etdirilməsi üçün dəyərli biliklər əldə ediblər.
Komandanın elmi rəhbəri Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədova, üzvləri isə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Zahid Abdullayev, Rəna İsayeva, Qurban Quliyev və kompüter mühəndisliyi ixtisasının tələbəsi Banu Əlilidir.